ABŞ-da koronavirusa yoluxanların sayı 2.8 milyonu ötüb Dünya

ABŞ-da koronavirusa yoluxanların sayı 2.8 milyonu ötüb

ABŞ-da son sutkada yeni növ koronavirusa 45 min yoluxma halı qeydə alınıb.
"TASS"ın verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Bildirilir ki, bundan əvvəlki antirekord iyulun 2-si qeydə alınıb - 55 220 yoluxma faktı.
Ümumilikdə ABŞ-da koronavirusa yoluxanların sayı 2,8 milyonu ötüb, 129 mindən çoxu vəfat edib, sağalananların sayı isə 894 min təşkil edib.