102-ci hərbi bazada tədbirlər sərtləşdirilir Dünya

102-ci hərbi bazada tədbirlər sərtləşdirilir

Ermənistanın Gümrü şəhərinin sakini Culieta Qukasyanın ölümündə günahlandırılan A.Razgildeyev Rusiyanın 102-ci hərbi bazasının ərazisində saxlanılmaqda davam edir.
Zərərçəkənin qanuni varisinin nümayəndəsi Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin (HVAVO) sədri A.Sakunts və HVAVO vəkilləri A․Zalyan və H.Hakobyan tərəfindən Razgildeyevin Ermənistanın penitensiar müəssisəsinə köçürülməsi barədə vəsatəti icraatı həyata keçirən orqan, nəzarətçi prokuror tərəfindən rədd edilmişdi. Qərarı birinci instansiya məhkəməsi qüvvədə saxlamışdı, bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə apelyasiya şikayəti verilmişdi.
A. Ragildeyevin Rusiyanın 102-ci hərbi bazası ərazisində tutulması ilə əlaqədar olaraq, əslində, Şirak vilayətinin ümumi yurisdiksiya məhkəməsinə 2019-cu ilin 16 avqust tarixində daxil olduğu gündən bəri məhkəmə iclasları baş tutmur. Buna səbəb Rusiyanın 102-ci hərbi bazasının komandirinin müxtəlif və açıq səbəblərdən A. Ragildeyevin məhkəmədə iştirakını təmin etməkdən imtina etməsidir.
HVAV-ın bu məqaləsində Rusiyanın 102-ci hərbi bazasında saxlanma faktına, qanuni əsaslandırmaya, məhkəmə və prokurorluğun davranışlarına münasibət bildirilir.
“İttiham aktı ilə məhkəməyə göndərilən bu cinayət işinin ilkin araşdırmasından sonra baş verən hadisələr təhlil edilərək qeyd edilir:
- Ermənistan vətəndaşı Culiyeta Qukasyanın ölümündə günahlandırılan Andrey Razgildeyevin Rusiyanın 102-ci Rusiya hərbi bazasında saxlanılması, Ermənistanla Rusiya Federasiyası arasında 29 avqust 1997-ci ildə imzalanmış “Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsi ilə bağlı işlərdə hüquqi və qarşılıqlı hüquqi yardım məsələlərinə dair” müqavilənin hüquqi normalarını, zərərçəkənin hüquqi varisinin hüquqları və qanuni maraqlarını kobud şəkildə pozur;
- A. Razgildeyevin Ermənistan penitensiar müəssisəsinə köçürülməsi üçün heç bir tədbir görməməklə Ermənistanın bütün səlahiyyətli orqanları - məhkəmə, prokurorluq, Ali Məhkəmə Şurası fəaliyyətsizlik nümayiş etdirir, bu gün bunun bəhrəsini görürük, bu səbəbdən məhkəmə iclasları baş tutmur;
- Ermənistan vətəndaşına qarşı ağır cinayət törədən şəxsin müdafiəsi və nəzarətini öz öhdəsinə götürməklə və A. Razgildeyevi məhkəməyə gətirilməməsi ilə Rusiyanın 102-ci hərbi bazası, komandiri və Rusiya Müdafiə Nazirliyi timsalında, suveren dövlət olaraq Ermənistanın Konstitusiyanın tələblərindən kənar fəaliyyət göstərir. Ermənistan-Rusiya müqavilələrinin normalarının tələblərini kobud şəkildə pozur və Ermənistan ərazisində ədalətin həyata keçirilməsinə mane olur, Razgildeyevin məhkəməyə gətirilməsi barədə məhkəmənin qanuni tələbini bilərəkdən yerinə yetirmir;
- Məhkəmədə ittihamı müdafiə edən tərəf olaraq Ermənistan prokurorluğu, cinayət işini ittiham aktı ilə məhkəməyə göndərməkdən başqa, Ermənistan vətəndaşına qarşı ağır cinayət törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün bu günədək heç bir addım atmayıb, Ermənistan vətəndaşının və qanuni varisinin hüquq və qanuni maraqlarının necə pozulduğunu səssizcə izləyir;
- Cinayət işinə baxan məhkəmə zərərçəkmişin hüquqi varisinin hüquq və azadlıqlarının səmərəli məhkəmə müdafiəsini təmin etmir;
- Ermənistanın səlahiyyətli dövlət orqanları Ermənistanın ərazisində və Ermənistanın Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsindəki maneələrin aradan qaldırılmasında fəaliyyətsizlik nümayiş etdirir.
Yalnız Müdafiə Nazirliyi timsalında Rusiya hakimiyyəti deyil, həm də Ermənistan hakimiyyəti timsalında Ermənistan Konstitusiyasının təminatçıları da bütün qeyd olunan məsələlərə birbaşa cavabdehdirlər.
Təqdim olunan təhlil əsasında Ermənistan Hökumətindən, Ermənistan parlamentindən və onun bütün fraksiyalarından, Ermənistan prezidentindən Ermənistan Respublikasında ədalətin həyata keçirilməsinə maneə olan amilləri aradan qaldırmaq və ədalətin həyata keçirilməsini təmin etmək, Rusiya hərbi bazası komandirinin zülmlərindən Ermənistan vətəndaşının hüquqlarının qorunması üçün Ermənistan Konstitusiyası ilə müəyyən edilmiş öhdəlik və səlahiyyətlərini yerinə yetirmələrini tələb edirik”, - deyə HVAV ofisi bildirib.