Hindistan və Çin nümayəndələri sərhəd məsələsində razılığa gəliblər Dünya

Hindistan və Çin nümayəndələri sərhəd məsələsində razılığa gəliblər

Hindistan və Çinin xüsusi nümayəndələri arasında sərhəd bölgəsində baş verən son hadisələrə dair danışıqlar keçirilib.

Hindistanın ölkəmizdəki səfirliyindən Xalqcebhesi.az-a verilən məlumata görə, Hindistan və Çinin sərhəd məsələsi üzrə xüsusi nümayəndələri - Hindistanın Milli Təhlükəsizlik Müşaviri Şri Ajit Doval və Çinin Dövlət Katibi, Xarici İşlər Naziri Vang Yi telefonda danışıblar. Hər iki xüsusi nümayəndə sərhəd bölgəsinin qərb hissəsində baş verən son hadisələrə dair səmimi və dərin fikir mübadiləsi aparıb. Onlar sərhəd bölgəsində sülh və əminamanlığın qorunmasının ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində vacib olduğunu və tərəflər arasında fikir ayrılığının mübahisəyə səbəb olmasına yol verilməməsi üçün hər iki tərəfin liderlərinin razılaşmaya rəhbərlik etməsini qəbul ediblər. Beləliklə, sülh və əminamanlığın tam şəkildə bərpası üçün faktik sərhəd rolunu oynayan nəzarət xətti boyunca qoşunların qısa zamanda tamamilə geri çəkilməsi və Hindistan - Çin sərhəd bölgəsində gərginliyin azaldılmasının təmin edilməsinin zəruriliyinə dair razılığa gəlinib. Bununla əlaqədar olaraq hər iki tərəf faktiki sərhəd rolunu oynayan nəzarət xətti boyunca qoşunlarının geri çəkilməsi prosesini sürətlə başa çatdırmaq barədə razılaşıblar. Tərəflər sərhəd bölgəsində tədricən və mərhələli şəkildə münaqişənin sonlandırılmasını təmin etməlidir. Hər iki tərəfin faktiki nəzarət xəttinə ciddi şəkildə hörmətlə yanaşmalı olduğunu, status-kvonu dəyişdirmək üçün birtərəfli addım atmama və gələcəkdə sərhəd bölgələrində sülh və əminamanlığı poza biləcək hər hansı hadisənin baş verməməsi üçün birlikdə işləməli olduqlarını bir daha bəyan edlib.

Hər iki xüsusi nümayəndə yuxarıda qeyd edilən nəticələrə nail olmaq üçün tərəflərin diplomatik və hərbi rəsmilərinin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizmi (WMCC) çərçivəsində müzakirələri davam etdirmələri və əldə edilmiş uzlaşmanı vaxtında həyata keçirmələri barədə razılığa gəliblər. Xüsusi nümayəndələr həmçinin ikitərəfli müqavilə və protokollara uyğun olaraq sərhəd bölgəsində sülh və əminamanlığın tam şəkildə və davamlı bərqərar olunması üçün danışıqları davam etdirməyə razılaşıblar.