İranda son sutkada COVID-19-a yoluxan 194 nəfər vəfat edib Dünya

İranda son sutkada COVID-19-a yoluxan 194 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 194 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
İranda koronavirusdan ölənlərin sayı 12 min 829 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 2 min 186 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 257 min 303 nəfərə çatıb. İndiyədək xəstəlikdən 219 min 993 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 min 359 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.