Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı Dünya

Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Ermənistan Nazirlər Kabineti koronavirusla bağlı ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini avqustun 12-dək uzadıb.
Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Bundan əvvəl ölkədə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılmışdı.
Bu günə qədər Ermənistanda koronavirusa 32 151 yoluxma olub, 573 nəfər virusdan ölüb.