Ermənistanda son sutkada 233 nəfər COVID-19-a yoluxub Dünya

Ermənistanda son sutkada 233 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada daha 233 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

“Sputnik Armenia”nın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 819 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 2 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 772 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 31 556 nəfərdir.