Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər Dünya

Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər

Beyrutda baş vermiş partlayış nəticəsində yaralananlar Türkiyə xəstəxanalarında müalicə oluna bilərlər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Türkiyə çətin günlərdə Livan xalqını öz kədəri ilə tək qoymayacaq: “Türkiyə böhranlı vəziyyətdən çıxması üçün Livana istənilən köməyi göstərməyə hazırdır”.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb. 5 mindən çox şəxs yaralanıb.