ABŞ-da "TikTok" yükləmək qadağan edilir Dünya

ABŞ-da "TikTok" yükləmək qadağan edilir

ABŞ hökuməti ölkə ərazisində Çinin “TikTok” və “WeChat” mobil tətbiqlərinin yüklənməsini qadağan edir.

Qərar sentyabrın 20-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, “Apple”, “Google” və digər şirkətlərə ABŞ-da Çin mobil proqramlarını platformalardan silmək tapşırılıb.

Bununla belə, hazırda bu proqramları işlədən istifadəçilərə onları silmək tapşırılmayacaq, amma proqramların yeni versiyalarını yükələmək mümkün olmayacaq.