“Rusiya regionda yeni məkrli ssenari qurur” Dünya

“Rusiya regionda yeni məkrli ssenari qurur”

Ermənistanın Azərbaycana qarşı yeni təxribatlara hazırlaşması, regionda Rusiyanın yeni ssenarisidi. Azərbaycana qarşı çox ciddi təhdidlər var. Prezident İlham Əliyev yerli TV-lərə müsahibəsində bir neçə məsələyə diqqət çəkdi və Rusiyanın bu oyunda olduğunu mesajını vurğuladı.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Məhəmməd Əsədullazadə deyib. O, daha sonra bildirib:”“Birinci, Azərbaycan ətrafında hansı oyunların getdiyini bildirməklə, Rusiyanin Ermənistana hərbi yardımlarını və müharibəyə hazırladığını mesajını verdi. İkinci, Ermənistana silahların Xəzər sahili ölkələr üzərindən daşınmasını deməklə, Rusiya müdafiə naziri Sergey Şoyqunun :"Tikinti materialları aparırıq":- sözlərini yalanladı. Üçüncü, Rusiyanın Ermənistana açıq silah göndərməsini bildirdi. Dördüncü, artıq beynəlxalq hüququ tanimayacağını vurğuladı. Və faktiki şəkildə müharibənin qapıda olduğunu və bu hücumun Ermənistan tərəfindən gözlənildiyini açıqladı”.
Politoloq vurğulayıb ki, göründüyü kimi, Rusiyanin Ermənistanı silahlandırması, danışıqların faktiki dayanması, Ermənistanın yeni əraziləri işğal etmək planı müharibəni başlamasına rəvac verir. Ermənistan rəhbərliyi işğal olunmuş ərazilərə yeni silahlar və qoşun birləşmələri yığır. Rusiyadan göndərilən silahlar Qarabağda cəmləşdirilir. Ermənistan yeni təxribatlara başlayarsa, əsasən hücum Goranboy istiqamətində ola bilər. Azərbaycan qəti şəkildə müdafiə mövqeyində olmamalı, əks hücumla bir neçə rayonu götürməlidir. Müdafiə taktikasına keçdikdə, məğlubiyyət qaçılmaz ola bilər:
“Ermənistan rəhbərliyinin kəskin ritorikası və yeni ərazilər əldə etmək planı, yeni şərtlər irəli sürməsi, Azərbaycanı qəti hərəkət etməyə sövq edir. Demək olar ki, Minsk formati fiaskoya uğrayıb. Çünki, Ermənistan və Rusiya tandemi münaqişənin həllində maraqlı deyil. Ermənistan Yeni ərazilər hesabına "Azərbaycanı faktla barışmalı" olduğu tezisilə hərək edirlər”.
Artıq Türkiyə administrasiyası Azərbaycana qarşı hücumda yanında olacağını bəyan etdi. Bu, Azərbaycana qarşı Ermənistan və onu bu vəkalət müharibəsində alət edən Rusiya bir mesaj idi. Türkiyənin bu bəyanatı, vəziyyətin mürəkkəb olduğunu göstərir. Və yeni müharibə başlasa, Türkiyə prosesdə yer alacaq:
“Rusiyanın hazırkı siyasəti Azərbaycana qarşı kəskin dəyişilib. Görünür, Türkiyənin regiona daxil olması Kremli Azərbaycana qarşı bu siyasətə əl atmağa sövq edib. Nəticədə, Türkiyə-Azər Azərbaycan faktoru bu situasiyadan uğurla çıxacaq. Yeni müharibədə Azərbaycanın torpaq itirməyi olmayacaq.
Bu yazını yazıb qurtardıqdan sonra, Şəmkirdə Ermənistanin PUA vurulması qeyd edilir. Əgər, bu doğrudan da belədirsə, bu qədər məsafənin qət edilməsi təhlükəsizlik məsələlərini ortaya çıxarır. Müdafiə nazirliyi bununla bağlı rəsmi açıqlama verməlidir. Bundan əlavə, provakasiya edənlər məsuliyyətə cəlb olunmalıdır”.
Yeri gəlmişkən, Azərbaycanın işğal olunan ərazilərində PKK terrorçularının yerləşdirilməsi mövzusu Türkiyə mediasında da gündəmə gətirilib.
“Star” yazır ki, Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinin Ermənistanın vasitəsilə terrorçu yuvasına çevrildiyi haqda xəbərlərə çoxdan rast gəlinir. Lakin son vaxtlar məsələnin xüsusilə Rusiya ilə əlaqəli KİV-də ciddi faktlar əsasında yenidən müzakirəyə çıxarılması təsadüf deyil.
Dağlıq Qarabağa Suriya və İraqdan PKK-PYD terrorçularının gətirildiyinə dair xəbərlər xüsusilə indiki dövrdə ciddi araşdırılmalıdır. Mətbuatda əks olunan bu xəbərləri aşardırdığımız zaman Rusiya və İranla bağlı məqamları da yaxşı təhlil etməliyik. Məsələn, son vaxtlar Moskvanın Suriyadakı oyuna PYD kimi terrorçu ünsürü də cəlb etmək cəhdlərilə Rusiyanın da dəstəyilə işğal olunmuş Dağlıq Qarabağda Suriya və İraqdan olan PKK terrorçularının yerləşdirilməsi xəbərləri arasında əlaqə qurmaq çətin deyil.
Rusiyanın istər Liviya, istərsə də Suriyada Türkiyə ilə bəzən anlaşsa da, bəzən ixtilifa girdiyi bəllidir. Ermənistanın son təxribatlarından, təcavüzkarlığından, müharibəni yenidən alovlandırmaq cəhdindən sonra isə Türkiyə ortaya kifayət açıq mövqe qoyub. Məhz bunun ardınca bu cür xəbərlər aktuallaşmağa başlayıb. Demək, bu iki məsələ arasında əlaqə kifayət qədər ciddidir.
Bu məsələdə təbii ki, Fransaya da diqqət yetirilməlidir.
Əslində, hələlik Suriyada nə PKK-PYD kartı, nə ABŞ modeli, nə İran-Əsəd modeli, nə də Rusiya modeli aşkar uğur qazana bilir. Səbəb isə Türkiyədir. Məhz Türkiyənin mövcudluğu, mövqeyi qeyd olunan modellərin uğur qazanmasını çətinləşdirir.
Qəzetin yazdığına görə, İran-Rusiya ittifaqı hər zaman Türkiyəyə ilə bağlı bütün uğurlu əməliyyatlara qarşısı çıxıb və çıxır. Belə bir vəziyyətdə İranın Dağlıq Qarabağı işğal etmiş Ermənistana dəstəyi, PKK üzvlərinin Dağlıq Qarabağda yerləşdirilməsinə münasibəti bizi düşündürməlidir.
Keçək PKK-YPG terrorçularının Dağlıq Qarabağa gətirilməsi xəbərinə. Bu xəbərlər bu gün daha ciddi əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan ittifaqı daha real şəkil almaqdadır. Ermənilərin son hücumlarından sonra Türkiyənin ortaya açıq və birmənalı mövqe qoyması bunun göstəricisidir.
Rusiyaya gəlincə, əvvəlki yazılarımda Moskvanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyindən bəhs etmişəm. Rusiyanın gələcəkdə siyasi maraqlarını təmin etməsi üçün bu problem davam etməlidir.
Bəs Dağlıq Qarabağda PKK-PYD “kozır”ının yaradılması hansı planın tərkib hissəsidir? Bəlkə yeni formatda müharibəyə hazırlıq görülür? Suriyada istifadəsi çətin olan PKK-PYD “kozır”ı Dağlıq Qarabağa hansı məqsədlərlə daşınır?
Bəli, çətin dövrdən keçirik. Ancaq bir şey dəqiqdir: Yaxın Şərqdə Türkiyəsiz mənzərə mümkün olmadığı kimi, Qafqazda Türkiyəsizlik xüsusilə Rusiya və İran üçün dərin çöküşün, ədavətin başlangıcı ola bilər. Buna heç kəsin şübhəsi olmasın.