ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib Dünya

ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı “Sputnik V” vaksininin hazırlanmasına görə Rusiyaya təşəkkürünü bildirir.

Bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ilə görüşü zamanı deyib.

O bildirib ki, ÜST Rusiyanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatna keçirmişdi. Hazırda həmin vaksinin qeydiyyatdan sonrakı yekun sınaqları başa çatmaq üzrədir.