Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub Dünya

Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində 67 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Aşkarlanan yeni yoluxma halları Nur Sultan (5), Almatı (4) və Şımkent (1) şəhərlərində, Akmolinsk (2), Atırau (2), Şərqi-Qazaxıstan (30), Jambıl (3), Qərbi-Qazaxıstan (3), Karaqanda (4), Kostanay (3), Qızılorda (2), Maqnistausk (1), Şimali-Qazaxıstan (4), Türküstan (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 374 nəfərə çatıb.