Ermənistanda koronavirusdan ölənlərin sayı 938 nəfərə çatıb Dünya

Ermənistanda koronavirusdan ölənlərin sayı 938 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 47 667 nəfərə çatıb.

Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 115 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 938 nəfər koronavirusdan ölüb, 3 765 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.