Rusiyada son sutkada 6 215 nəfər COVID-19-a yoluxub, 160 nəfər ölüb Dünya

Rusiyada son sutkada 6 215 nəfər COVID-19-a yoluxub, 160 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 6 215 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 115 810 nəfərə çatıb.

Son sutka ərzində 160 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 649 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.