Azərbaycanın işğal altındakı ərazilərində son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb Dünya

Azərbaycanın işğal altındakı ərazilərində son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 379 nəfərə çatıb.

"news.am"ın verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 12 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 325 nəfər sağalıb, 52 nəfərin müalicəsi davam edir. 3 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır. 92 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.