Gürcüstanda zəlzələ olub Dünya

Gürcüstanda zəlzələ olub

Gürcüstanın Laqodexi rayonunda 3.3 bal gücündə zəlzələ olub.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilirb ki, zəlzələ yerli vaxtla 12:35-də qeydə alınıb. Zəlzələnin episentrinin Laqodexi yaxınlığında qeydə alındığı bildirilir.

Dağıntı və tələfat barədə məlumat yoxdur.