ABŞ vitse-prezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb Dünya

ABŞ vitse-prezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb

Göyərtəsində ABŞ vitse-prezidenti Mayk Pensin olduğu təyyarə quşla toqquşub.

"TASS"ın verdiyi məlumata görə, insident təyyarə havaya qalxdıqdan dərhal sonra baş verib.

Məlumata əsasən, quşla toqquşmadan sonra təyyarə "ehtiyat tədbiri kimi" Nyu-Hempşir ştatının hava limanında eniş edib.

Bildirilir ki, M.Pens Vaşinqtona başqa təyyarə ilə qayıdacaq.