Rusiyada son sutkada 6 431 nəfər koronavirusa yoluxub Dünya

Rusiyada son sutkada 6 431 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 6 431 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 122 241 nəfərə çatıb.

Son sutka ərzində 150 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 649 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.