Lukaşenkonun andiçmə mərasimi keçirilib Dünya

Lukaşenkonun andiçmə mərasimi keçirilib

Aleksandr Lukaşenko Belarus prezidenti vəzifələrinin icrasına başlayıb.

Minskdə Müstəqillik sarayında dövlət rəsmilərinin iştirakı ilə andiçmə mərasimi keçirilib.

Mərasimdə həmçinin ictimai, mədəniyyət, idman xadimləri iştirak edib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. A.Lukaşanko 80,1 faiz səs yığaraq 6-cı dəfə ölkə prezidenti seçilib.