BMT-nin Baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi Dünya

BMT-nin Baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi

Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi, qurbanların sayı artıq bir milyona yaxınlaşır.

Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, bütün bunlar qlobal hazırlıq, qarşılıqlı fəaliyyət və həmrəyliyin olmamasının nəticəsidir:

“Pandemiya açıq-aşkar beynəlxalq ictimaiyyət üçün sınaqdır və biz bunun öhdəsindən gələ bilmədik. Virus artıq bütün dünyada bir milyona yaxın insanı öldürüb, 30 milyondan çox şəxsə ziyan vurub. Virus nəzarətdən çıxıb”.