Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb Dünya

Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb.

"TASS"ın verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 32 039 142 nəfər çatıb. Onlardan 979 388 nəfəri ölüb, 22 024 644 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (6 954 456), Hindistanda (5 732 518) və Braziliyada (4 624 268) qeydə alınıb.