Kamçatka sahilləri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib Dünya

Kamçatka sahilləri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialında bildirilib.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanların hiss olunması barədə yerli sakinlərdən gələn məlumat hələ dəqiqləşdirilməyib. Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan yoxdur.