İran parlamentinin spikeri koronavirusa yoluxub Dünya

İran parlamentinin spikeri koronavirusa yoluxub

İran parlametinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa (COVİD-19) yoluxub.

"TASS"ın verdiyi məlumata görə, bu barədə parlamentin sədri "İSNA" agentliyinə bildirib.

B.Qalibaf deyib: "Mənim apparatımın əməkdaşlarından biri koronavirusa yoluxub. Gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi müsbətdir".

Bildirilir ki, B.Qalibaf hazırda karantindədir, lakin vəzifəsini icra etməyə davam edəcəyinə ümid edir.