ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb Dünya

ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 44 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 44 351 506 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 171 255 nəfəri vəfat edib.