Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var Dünya

Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var

Nikaraquın Vaslala bələdiyyəsində yük maşını dərəyə aşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 16 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, qəzaya səbəb yük maşınının əyləc sistemində problemin olması olub.