Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır Dünya

Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 16 207 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 087 608 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 302 nəfər ölüb, ölənlərin ümumi sayı 169 485 nəfər təşkil edir.