Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı Dünya

Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı

Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan da istefa verib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu nazirliyin mətbuat katibi də təsdiq edib.

T.Xaçatryan son bir neçə həftə ərzində istefaya gedən 6-cı nazir olub.

Ermənistan Dağlıq Qarabağda kapitulyasiya sənədini imzaladıqdan sonra müdafiə, xarici işlər, sosial müdafiə, təhsil və ədliyyə nazirləri istefa verib.