ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb Dünya

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 463 mindən çox artıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 463 730 nəfər yeni koronavirusa yoluxub, 7 712 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 58 900 547, ölənlərin isə 1 393 305 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.