Riqada 68 təhsil müəssisəsində COVID-19-a yoluxma faktı aşkar edilib Dünya

Riqada 68 təhsil müəssisəsində COVID-19-a yoluxma faktı aşkar edilib

Latviyanın paytaxtı Riqa şəhərində 68 təhsil müəssisəsində COVID-19-a yoluxma faktı aşkar edilib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri Riqa dumasının Təhsil, Mədəniyyət və İdman Departamentinin mətbuat katibi İndra Vilde Riqa söyləyib.

O bildirib ki, hazırda paytaxtın təhsil müəssisələrində 25 tələbə, 58 müəllim və 15 texniki işçi virusa yoluxub.

Mətbuat katibi ötən həftə 8 idman, musiqi və rəssamlıq məktəbləri, həmçinin 23 məktəbəqədər təhsil müəssisəsi də daxil olmaqla, 45 məktəbdə COVID-19-a yoluxma faktının aşkar edildiyini söyləyib. Bu həftə paytaxtda iki məktəb – “Riqa Zalitudsk gimnaziyası” və “Riqa Strazdumuyjsk məktəbi – inkişaf mərkəzi” distant təhsilə keçib.

Xəbər verildiyi kimi, epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə 5-6-cı sinif şagirdləri də distant təhsilə keçə bilər.