Ermənistanda daha iki nazir müavini istefa verdi Dünya

Ermənistanda daha iki nazir müavini istefa verdi

Ermənistanda istefa dalğası davam edir.

Erməni KİV-lərinin məlumatına görə, ədliyyə nazirinin müavini Rafik Qriqoryan və iqtisadiyyat nazirinin müavini Naira Marqaryan vəzifədən azad edilib.

Bu barədə baş nazir Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, bugünədək Ermənistanda 12 nazirdən 6-sı, eləcə də bir neçə nazir müavini istefa verib.