ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb Dünya

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 527 mindən çox artıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 527 326 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 59 481 313, ölənlərin isə 1 404 542 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.