Gürcüstanda son sutkada 3 801 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb Dünya

Gürcüstanda son sutkada 3 801 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 801 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 118 690 nəfərə, ölənlərin sayı isə 1 124 nəfərə çatıb.

Virusa yoluxanlardan 98 781 nəfərin sağaldığı bildirilir.