Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb Dünya

Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar parlament qarşısına toplaşıb.

Qeyd olunur ki, aksiya iştirakçıları hakimiyyət nümayəndələrinə öz narazılıqlarını bildirmək üçün buraya toplaşdığını bildirib.

Eyni zamanda Ermənistan parlamentində sentyabrda elan olunmuş hərbi rejimin ləğv olunması ilə bağlı müzakirələr başlayıb.