Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü Dünya

Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 2,18 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 25 487 nəfər virusa yoluxub, 524 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 187 990 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 38 062 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 685 492 nəfər virusdan sağalıb, 464 436 nəfərin müalicəsi isə davam edir.