Qazaxıstanda koronavirusa daha 794 nəfər yoluxub Dünya

Qazaxıstanda koronavirusa daha 794 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 794 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 131 659 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 116 461 nəfəri sağalıb, 1 990 nəfəri isə vəfat edib.