ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib Dünya

ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib

ABŞ-ın Viskosnin ştatının qubernatoru Toni Evers prezident seçkilərinin nəticələrini açıqlayıb, bununla da Demokrat Cosef Baydenin qalib olmasını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə qubernator öz "Twitter" səhifəsində yazıb.

T.Evers qeyd edib: "Bu gün vəzifə borcumu yerinə yetirirəm və 3 noyabr cseçkilərinin nəticələrini təsdiqləyirəm və federal və ştatın qanunvericiliyin tələb etdiyi kimi seçilmiş prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün seçkici siyahisinin təsdiqi şəhadətnaməsini imzaladım".