ABŞ-ın neft ehtiyatlarının artması davam edir - PROQNOZ Dünya

ABŞ-ın neft ehtiyatlarının artması davam edir - PROQNOZ

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (23-27 noyabr) artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 4,146 mln. barel artaraq 992,867 mln. barelə yaxın təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 2,272 mln. barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.