Qazaxıstanda koronavirusdan sağalanların sayı 118 mini keçib Dünya

Qazaxıstanda koronavirusdan sağalanların sayı 118 mini keçib

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 769 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 133 887 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 118 004 nəfəri sağalıb, 1 990 nəfəri isə vəfat edib.