İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var Dünya

İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var

İngiltərənin Bristol şəhərində yerləşən liman ərazisində tullantı sularının təmizlənməsi zavodunda partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə jurnalistlərə yerli polisin baş müfəttişi Mark Raneykrs deyib.

Qeyd edilib ki, hadisənin heç bir şəkildə terrorla əlaqəsi yoxdur.

M.Raneykrs müəssisə işçilərindən birinin aldığı xəsarətlərin onun həyatına təhlükə yaratmadığını da əlavə edib.