Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək Dünya

Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək

Braziliya Parlamentinin Yuxarı Palatasının İnsan Hüquqları Komissiyası "xarici müdaxilənin qarşısını almaq" üçün ölkənin nüvə silahına sahib olma ehtimalını nəzərdən keçirəcək.

Bu barədə Federal senatın mətbuat xidməti bildirib.

Bildirilib ki, oktyabr ayının ortalarında qanunverici orqanın informasiya sistemində aşağıdakı məzmunda mülki qanunvericilik təşəbbüsü qeydə alındı: "Milli ərazimizə xarici müdaxilənin qarşısını almaq üçün Braziliya Silahlı Qüvvələrinin atom bombasına ehtiyacı var".

2 Noyabr tarixinə qədər petisiya 20 min nəfər tərəfindən dəstəkləndi, bundan sonra reqlamentə uyğun olaraq petisiya sonrakı mərhələdə baxılması üçün cavabdeh millət vəkilinin təyin edəcəyi profil komissiyasına göndərildi. Həmin təşəbbüş qəbul ediləcəyi təqdirdə, müvafiq qanun layihəsi hazırlanacaq.