Paşinyanın reytinqi kəskin düşüb Dünya

Paşinyanın reytinqi kəskin düşüb

Ermənistanın baş naziri Nikol Paşinyanın əhali arasında reytinqi kəskin azalıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkədə keçirilmiş rəy sorğusu nəticəsində məlum olub.

“Gallup International” agentliyinin keçirdiyi sorğuya əsasən, əhalinin yalnız 38 faizi baş naziri dəstəkləyir. 2020-ci ilin iyulunda bu göstərici 85 faizə bərabər olmuşdu.

Bundan başqa, rəyi soruşulanların 45 faizi N.Paşinyanın istefa verməli olduğunu deyib.

Rəy sorğusu noyabrın 25-dən dekabrın 2-dək davam edib və ölkənin bütün şəhərlərini əhatə edib.