Amsterdamda etiraz aksiyası zamanı 115 nəfər saxlanılıb Dünya

Amsterdamda etiraz aksiyası zamanı 115 nəfər saxlanılıb

Niderlandın paytaxtı Amsterdamda hökumətin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımlara etiraz olaraq aksiya keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şəhər bələdiyyəsi aksiyanın keçirilməsin icazə verməsədə, təxminən 2 min nəfər şəhərin muzey meydanında toplaşıb.

Məlumata əsasən, aksiya iştirakçıları pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərə əməl etməyiblər və nəticədə 115 nəfər polislər tərəfindən saxlanılıb.

Bildirilir ki, onlardan 7 nəfəri polis əməkdaşlarına qarşı şiddətə görə, digərləri isə təlimatlara tabe olmadıqlarına görə saxlanılıblar.