Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb Dünya

Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 469 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 249 934, ölənlərin sayı isə 2 987 nəfərə çatıb.

Virusa yoluxanlardan 236 922 nəfərin sağaldığı bildirilir.