Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini ötüb Dünya

Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini ötüb

Rusiyada son sutka ərzində daha 21 152 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 633 952 nəfərə çatıb.

Son sutka ərzində 597 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 67 220 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.