Almaniyada təkrar koronavirusa yoluxan şəxs ölüb Dünya

Almaniyada təkrar koronavirusa yoluxan şəxs ölüb

Almaniya sakini təkrar yeni növ koronavirusa yoluxandan sonra vəfat edib.

Bu barədə Baden-Vürtemberq federal torpağının Səhiyyə Nazirliyindən bildiriblər.

Bildirilir ki, təkrar koronavirusa yoluxmadan sonra ölüm halı ölkədə ilk dəfə qeydə alınıb.

Qeyd edilir ki, 73 yaşlı şəxs ilk dəfə koronavirusa 2020-ci ilin aprel ayında, ikinci dəfə isə dekabr ayında yoluxub.