İranda koronavirusdan daha 75 nəfər ölüb Dünya

İranda koronavirusdan daha 75 nəfər ölüb

İranda ötən sutka ərzində 75 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 225 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 305 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 360 825 nəfərə çatıb. Virus daşıyıcılarından 4 134 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 151 676 nəfər koronavirusdan sağalıb, 8,79 milyondan çox diaqnoz testi həyata keçirilib.