AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənməyib Dünya

AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənməyib

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənməyib.

APA-nın Avropa bürosunun xəbərinə görə, bununla bağlı AŞPA-nın qış sessiyasının açılışı zamanı keçirilən səsvermə zamanı qərar qəbul edilib.

Beş nümayəndə heyətindən 38 nəfər AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsinə qarşı çıxıb.

AŞPA-nın Monitorinq Komitəsi 24 saat ərzində bu barədə hesabat hazırlayaraq Assambleyaya təqdim edəcək.