Putin 12 il sonra Davos İqtisadi Forumunda çıxış edəcək Dünya

Putin 12 il sonra Davos İqtisadi Forumunda çıxış edəcək

Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumunda çıxış edəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V. Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.

“O ki qaldı müzakirələrə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu onlayn formatda keçirilir.

Rusiya Prezidenti Davos İqtisadi Forumunda axırıncı dəfə 2009-cu ildə çıxış edib.