Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir Dünya

Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir

Almaniyanın Kansleri Angela Merkel və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon dnaışığı zamanı xarici siyasət, pandemiya və ticarəti müzakirə ediblər: "Tərəflər "xüsusilə Əfqanıstan və İranla əlaqəli xarici siyasət mövzularından danışıblar, ticarət və iqlim siyasətini müzakirə etdilər".

A.Merkel C.Baydenin ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatında üzvlüyünün bərpası və iqlim üzrə Paris sazişinə qayıtması barədə qərarlarını alqışlayıb: "Kansler ABŞ prezidentini Almaniyaya səfər etməyə dəvət etdi".