Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu Dünya

Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

Bu barədə nazir öz "Facebook" səhifəsində yazıb.

D.Zalkaliani bildirib ki, o evdə müalicəsini davam etdirir:

"Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etdim. Müəyyən olunmuş vaxtdan sonra PCR testi verdim. Nəticədə COVID-19 infeksiyası məndə də təsdiqləndi. Hazırkı mərhələdə özümü yaxşı hiss edirəm. Bütün protokollara əməl edərək evdə müalicə olunuram".