Fransada son sutkada 22 mindən çox yeni yoluxma qeydə alınıb Dünya

Fransada son sutkada 22 mindən çox yeni yoluxma qeydə alınıb

Fransada son sutkada COVID-19-a 22 min 086 yeni yoluxma və 612 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxanalardakı koronavirus xəstələrinin sayı 27 min 5-ə çatıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3071 koronavirus xəstəsi intensiv müalicə alır.

Pandemiya başlayandan bəri Fransada bu virusdan ölənlərin ümumi sayı 74 min 106 nəfərdir.